İqtisadiyyat

"Brent" markalı neftin qiyməti 90 dolları keçdi

30 Jul 2026, 10:36 25 baxış
"Brent" markalı neftin qiyməti 90 dolları keçdi
Qlobal bazarda "Brent" markalı neftin bahalaşması müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.01 dollar (0.01%) artaraq bir barel üçün 90.75 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 6.65 dollar (7.9%) bahalaşaraq bir barel üçün 90.74 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.67 dollar (0.79%) ucuzlaşaraq bir barel üçün 84.79 dollar olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər