Digər
Zelenski Polşada: Tuskla tarixi məsələlərdən danışdı
Ukrayna Prezidenti Vladimir Zelenski Polşaya səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Zelenski özü məlumat yayıb.
Zelenski Polşa Baş naziri Donald Tuskla görüşdüyünü və ölkədə yaşayan ukraynalıların təhlükəsizliyi və iki ölkə arasındakı tarixi məsələləri müzakirə etdiklərini bildirib.
Bundan əlavə, Zelenskinin son ABŞ səfərinin nəticələri gündəmə gətirilib.
Mənbə
axar.az