Digər

Rubio Koşerbayevlə danışdı: Xəzər konsorsiumuna hücum...

29 Jul 2026, 21:17 16 baxış
Rubio Koşerbayevlə danışdı: Xəzər konsorsiumuna hücum...

Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Koşerbayevlə Rubio ikitərəfli münasibətlərlə yanaşı, Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna edilən hücumlar barədə fikir mübadiləsi aparılıb.


Bundan əlavə, telefon danışığında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dekabrda Mayamidə keçiriləcək G20 Sammitində iştirakı ilə bağlı müzakirə aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər