Digər

ABŞ-ın Misir limanındakı gəmisi vuruldu - Foto

29 Jul 2026, 20:39 16 baxış
ABŞ-ın Misir limanındakı gəmisi vuruldu - Foto

Misirin Damietta limanında ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) üçün üzən gəmisinə dronlar hücum edib. Partlayış boşaltma əməliyyatları zamanı baş verib.


Axar.az xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi şirkəti olan “Ambrey” məlumat yayıb.


“Ambrey” hadisədə heç kimin xəsarət almadığını və liman infrastrukturuna heç bir ziyan dəymədiyini açıqlayıb. Hücuma görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər