Digər

Yaponiyada daha bir güclü zəlzələ

29 Jul 2026, 19:37 17 baxış
Yaponiyada daha bir güclü zəlzələ

Yaponiyanın Kumamoto prefekturasında 5,4 bal gücündə zəlzələ baş verib.


Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Məlumata görə, yeraltı təkan Kumamoto şəhərindən 55 kilometr cənubda qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.


Dağıntı və ya tələfat barədə məlumat verilməyib.


Qeyd edək ki, ötən gün də Yaponiyanın Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.

Mənbə axar.az

Oxşar Xəbərlər