Digər

Yaponiyada rekord istilər: 45 nəfər öldü

29 Jul 2026, 16:33 15 baxış
Yaponiyada rekord istilər: 45 nəfər öldü

Yaponiyada 20-26 iyul tarixləri arasında təxminən 18 min 600 insan gün vurması ilə xəstəxanalara yerləşdirilib, onlardan 45-i ölüb.


Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.


Məlumata görə, zərərçəkənlərin sayı əvvəlki həftənin göstəricisini 7,7 mindən çox üstələyib və 2026-cı ildə ən yüksək həddə çatıb:


“Gün vurması ilə xəstəxanaya aparılanlardan 710-dan çoxu üç həftədən artıq xəstəxanada qalıb. Təsirə məruz qalanların təxminən 58%-i 65 yaşdan yuxarı insanlardır”.


Qeyd edək ki, Yaponiyada iyulun 21-dən bəri ardıcıl beş gün ərzində bəzi ərazilərdə 40 dərəcədən yuxarı temperatur qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər