Ukrayna bu enerji obyektlərini vurdu – Video
Ukrayna ordusu Krımda 6, Xerson və Luqansk vilayətlərində isə 4 olmaqla ümumilikdə 10 enerji qovşağına zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri məlumat yayıb.
Məlumata görə, 1–29 iyul tarixlərini əhatə edən əməliyyat çərçivəsində ümumilikdə 164 enerji obyekti hədəfə alınıb:
“25–29 iyul tarixlərində vurulan 28 enerji qovşağına dair videogörüntülər də yayımlanıb. Zərbələr əsasən Qayırka, Feodosiya, Kerç, Yevpatoriya və digər yaşayış məntəqələrində yerləşən 330 kV, 220 kV və 110 kV-luq elektrik yarımstansiyalarına endirilib. Hədəflər arasında “Akvilon”, “Qayırka”, “Pervokostyantınivka”, “Feodosiya”, “Maryanivka”, “Sklo”, “Kerçenska”, “Moynaki” və “Albatros” elektrik yarımstansiyaları, həmçinin Luqansk vilayətinin Zaporijske yaşayış məntəqəsində yerləşən bir elektrik yarımstansiyası yer alıb”.