Cəmiyyət

"E-manat"ın sahibinin dövlətə külli miqdarda borcu yaranıb

29 Jul 2026, 13:18 14 baxış
"E-manat"ın sahibinin dövlətə külli miqdarda borcu yaranıb
"Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb. Oxu.Az Yurd.Media-ya istinadla xəbər verir ki, "Mpay" MMC elektron pul təşkilatı tərəfindən alınan "E-manat" əmtəə nişanının sahibi "Modenis" MMC-nin dövlətə 386 min manat borcu yığılıb. Qeyd edək ki, qoşulmadan sonra "Modenis"in 5,4 milyon manatlıq nizamnamə kapitalı "Mpay" şirkətinə birləşib. "Mpay" MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan 2024-cü ilin iyulunda lisenziya əldə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər