Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

29 Jul 2026, 13:42 19 baxış
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Abşeron rayonunun bir hissəsində qaz olmayacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 30-da saat 08:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər