Cəmiyyət
İdxal olunan nektarin tingində gavalının cibcibə virusu aşkarlanıb - FOTO
"Aqro-Mədrəsə" ASC-nin Türkiyədən idxal etdiyi 12500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən gavalının cibcibə virusu (Şarka) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən, agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər