Cəmiyyət

Oğuzda ağır qəza: ölən var - Foto

29 Jul 2026, 10:02 10 baxış
Oğuzda ağır qəza: ölən var - Foto

Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.


"Mersedes" və VAZ-2109 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər