Cəmiyyət

Araz çayında gənc belə xilas edildi – Anbaan video

29 Jul 2026, 09:48 19 baxış
Araz çayında gənc belə xilas edildi – Anbaan video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfərin çayda batma təhlükəsində olması barədə məlumat daxil olub.


Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.


Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.


Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 2003-cü il təvəllüdlü Ramin İmanqulu oğlu İsmayıllı xilas edilib.


Mənbə axar.az

Oxşar Xəbərlər