Digər

Rusiyalı diplomat AB-yə çağırıldı: PUA insidenti

28 Jul 2026, 23:52 1 baxış
Rusiyalı diplomat AB-yə çağırıldı: PUA insidenti

Avropa Birliyi (AB) pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını pozması ilə bağlı Rusiyanın Brüsseldəki müvəqqəti işlər vəkilini bu qurumun institutlarına çağırıb.


Axar.az xəbər verir ki, bu barədə Rumıniyanın "Știrile Pro TV" xəbər portalı məlumat yayıb.


Məlumata görə, Avropa Xarici Fəaliyyət Xidməti baş vermiş insidenti AB-yə üzv dövlətin suverenliyinin və hava məkanının qəbuledilməz şəkildə pozulması kimi qiymətləndirib. AB rəsmiləri Rusiya tərəfinə etirazlarını çatdıraraq, bu cür hərəkətlərin Avropanın təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildiriblər.


Məlumata görə, diplomatik addım ötən həftə Rumıniyanın hava məkanına Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının daxil olması ilə bağlı baş vermiş hadisələrdən sonra atılıb.


Rumıniyanın Xarici İşlər Nazirliyi də bundan əvvəl Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağıraraq etiraz notası təqdim edib və Rusiya diplomatik missiyasının bir əməkdaşını "persona non grata" elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər