Maraqlı
"Zita və Gita"dan deputatlığa: Rejissorun "yox" dediyi Hema Malini necə əfsanəyə çevrildi? - VİDEO
1948-ci ildə Tamil Naduda doğulan Hema Malini anasının səyi ilə klassik hind rəqslərinə yiyələnərək sənətə gəlib və 1968-ci ildə çəkildiyi ilk böyük rolundan sonra "Xəyal Qızı" ləqəbini qazanıb.
1970-ci illərdə "Zita və Gita", "Qisas" kimi məşhur filmlərdəki rolları ilə Bollivudun ən böyük ulduzlarından birinə çevrilib. Şəxsi həyatı qalmaqallarla keçən aktrisa ailəsinin arzuladığı evlilikdən imtina edərək evli aktyor Dharmendra ilə sevgili olub. Dharmendra ilk arvadından boşana bilmədiyi üçün onlar islam dinini qəbul edərək 1980-ci ildə kəbin kəsdiriblər. Bu isə cəmiyyətdə və mətbuatda böyük rezonans doğurub. Hema Malini cəmiyyət tərəfindən uzun müddət "ikinci qadın" damğası ilə yaşamaq məcburiyyətində qalmasına baxmayaraq, sənət fəaliyyətini davam etdirərək sonrakı illərdə də ana və yetkin qadın obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. 2000-ci illərdə siyasətə qoşularaq deputat seçilən Hema Malini bu gün də Hindistan kinosunun ən nüfuzlu simalarından biri olaraq qalır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər