Cəmiyyət

Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto

28 Jul 2026, 15:13 22 baxış
Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov işdən çıxarılır.


Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı direktorun ərizəsi alınıb.


Yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.


Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmayıb.


TƏBİB-dən isə bildirilib ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.


Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2023-cü il 30 dekabr tarixində təyin olunmuşdu.


Xatırladaq ki, o 2021-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.

Mənbə axar.az

Oxşar Xəbərlər