Cəmiyyət

Sabah 40 dərəcə isti olacaq

28 Jul 2026, 12:40 29 baxış
Sabah 40 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 40-50% təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər