Cəmiyyət
Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı: Oğlu danışdı
Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb. Bu barədə Oxu.Az-a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib. O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib. "Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffüs aparatına qoşdular. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. İnşallah, yaxşı olar", - deyə Nazim Həsənzadə bildirib.
Mənbə
oxu.az