İqtisadiyyat
Azərbaycan nefti kəskin ucuzlaşdı
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 7.15 ABŞ dolları və ya 6.9% azalaraq 95.58 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102.73 ABŞ dolları idi.
Mənbə
oxu.az