Digər

Rus səfir XİN-ə çağırıldı: Diplomat ölkədən qovulur...

27 Jul 2026, 19:47 2 baxış
Rus səfir XİN-ə çağırıldı: Diplomat ölkədən qovulur...

Rumıniya rusiyalı diplomatlardan birini ölkədən çıxarır.


Axar.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, son günlər Rusiyaya məxsus PUA-ların Rumıniya hava məkanına daxil olması səbəbindən Rusiya səfirliyinin bir əməkdaşı "persona non grata" elan edilib.


Məsələ ilə bağlı Rusiyanın Buxarestdəki səfiri nazirliyə çağırılıb. Adı və vəzifəsi açıqlanmayan rusiyalı diplomatın beş gün ərzində Rumıniyanı tərk etməsi tələb edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər