İqtisadiyyat
Məktəblərdə sürətli internet üçün yeddi milyon manat ayrılır - Distant təhsilə keçilir?
Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması istiqamətində işlər görüləcək. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedurlara start verilib. Layihə çərçivəsində müxtəlif işlər həyata keçiriləcək. Bununla bağlı Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə "Texno Lyuks M" MMC arasında müqavilə imzalanıb. İşlərə 7 milyard 990 milyon 80 min manat pul xərclənəcək.
Mənbə
oxu.az