İqtisadiyyat

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb

27 Jul 2026, 13:40 2 baxış
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb
2026-cı ilin ilk yarısında dövlət büdcəsinə ümumi daxilolmaların 57.3 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Oxu.Az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 981 milyon manat təşkil edib. Bu, dövlət büdcəsinin ümumi daxilolmalarının 57.3 faizinə bərabər olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 5.4 faiz çoxdur. Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar proqnozu 329.1 milyon manat və ya 3.1 faiz üstələyib. Eyni zamanda, göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 703.8 milyon manat və ya 6.8 faiz artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər