Digər
"KingTravel" yeni innovativ saytını istifadəyə verdi
Şirkət həmçinin sərfəli kredit təklifləri ilə bilet və tur qiymətlərini daha əlçatan edib Azərbaycanın turizm bazarında fəaliyyət göstərən "KingTravel" şirkəti rəqəmsal transformasiya istiqamətində növbəti addımını atıb. Şirkət tamamilə yenilənmiş, müasir texnologiyalar əsasında qurulan innovativ saytını istifadəçilərin ixtiyarına verib. Yeni sayt nə vəd edir? Yeni platforma istifadəçi təcrübəsini tamamilə yeni səviyyəyə qaldırır. Artıq səyahətsevərlər aviabiletləri və tur paketlərini bir neçə kliklə axtara, real vaxt rejimində qiymətləri müqayisə edə və onlayn rezervasiya edə bilərlər. Sayt həm mobil, həm də masaüstü cihazlar üçün tam optimallaşdırılıb ki, bu da istənilən yerdən, istənilən zaman səyahət planlamağa imkan yaradır. Şirkət rəsmilərinin sözlərinə görə, yeni saytın əsas məqsədi vaxtına qənaət edən müasir istifadəçinin ehtiyaclarına cavab verməkdir: "Statistikaya əsasən, səyahəti müstəqil planlaşdırmaq orta hesabla 40 saatdan çox vaxt aparır. Bizim məqsədimiz bu prosesi maksimum sadələşdirmək, müştərilərimizə isə yalnız səyahətin həzzini yaşamağı təqdim etməkdir". Səyahət indi, ödəniş sonra Yenilənmiş saytla yanaşı, "KingTravel" müştərilərinə bazarda diqqət çəkən sərfəli kredit təklifləri də təqdim edir. Şirkətin yeni maliyyə həlləri sayəsində aviabilet və tur paketlərinin dəyərini aylıq hissələrlə, rahat şərtlərlə ödəmək mümkündür. Bu, xüsusilə ailəvi səyahətlər və uzaq istiqamətlərə planlaşdırılan turlar üçün böyük üstünlük yaradır. Sərfəli qiymət siyasəti və çevik ödəniş imkanları ilə "KingTravel" səyahəti lüks anlayışından çıxarıb hər kəs üçün əlçatan xidmətə çevirməyi hədəfləyir. Şirkət haqqında "KingTravel" Azərbaycanın turizm sektorunda fəaliyyət göstərən peşəkar şirkətlərdən biridir. Şirkət aviabilet satışı, fərdi və qrup turlarının təşkili, viza dəstəyi və korporativ səyahət xidmətləri üzrə ixtisaslaşıb. Ətraflı məlumat üçün şirkətin yenilənmiş rəsmi saytına daxil olmaq və ya əlaqə nömrələri ilə müraciət etmək mümkündür.
Mənbə
oxu.az