İqtisadiyyat

İlin ilk altı ayında büdcədə İKİ MİLYARDDAN ÇOX profisit yaranıb

27 Jul 2026, 11:32 2 baxış
İlin ilk altı ayında büdcədə İKİ MİLYARDDAN ÇOX profisit yaranıb
2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 179 milyon 200 min manat, xərcləri 16 milyard 775 milyon 500 min manat olub. Oxu.Az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2 milyard 403 milyon 700 min manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. 2026-cı ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18 828.9 milyon manat proqnoza qarşı 19 179.2 milyon manat və yaxud 350.3 milyon manat (1.9 faiz) çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49.7 faizinə bərabərdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2.8 faiz çox icra edilməklə 12 759.2 milyon manat təşkil edib. Dövlət büdcəsinin gəlirlərinin 8 842.7 milyon manatı və ya 46.1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 420 milyon manatı və ya 33.5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 143.6 milyon manatı və ya 16.4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350.7 milyon manatı və ya 1.8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28.2 milyon manatı və ya 0.1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394 milyon manatı və ya 2.1 faizi sair daxilolmaların payına düşür.
Mənbə oxu.az

Oxşar Xəbərlər