Digər

İsrail 70 fələstinlini saxladı - Səbəb

25 Jul 2026, 20:04 3 baxış
İsrail 70 fələstinlini saxladı - Səbəb

İsrail Müdafiə Qüvvələri 25 iyulda Yəhudeya və Samariyada (Qərbi Şəriə) aparılan reydlər zamanı terror törətməkdə şübhəli bilinən 70 fələstinlini saxlayıb.


Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.


“Bütün şübhəlilər əlavə araşdırma üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib", - deyə bəyanatda bildirilib.


Məlumata görə, təhlükəsizlik qüvvələri anti-terror reydləri zamanı təxminən 200 şübhəlini dindirib və 300 yerdə axtarış aparıb.


Hərbçilər vurğulayıblar ki, saxlanılanlardan bəziləri HƏMAS ilə əlaqədə şübhəli bilinir.


Qeyd edək ki, 24 iyulda Qərbi Şəriədə İsrail postu ətrafında yəhudi sakinlərlə fələstinlilər arasında toqquşma baş verib. Nəticədə iki israilli əsgər ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər