İtaliyalı nazirdən Fyodorova iş təklifi
Bir müddət əvvəl vəzifəsindən azad edilən Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorova Romada (Müdafiə Nazirliyində - red.) məsləhətçi vəzifəsində çalışmağı təklif etdim.
Axar.az xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krosetto ölkə mediasına açıqlamasında deyib.
“İşdən çıxarıldığı gündən bir gün sonra ona (Fyodorova - red.) zəng etdim və soruşdum ki, nə vaxt Romaya gəlib mənim yanımda məsləhətçi kimi işləmək istərdin? O da bu təklifi hörmət və dostluq jesti hesab etdiyini bildirdi”, - nazir qeyd edib.
Krosetto vurğulayıb ki, Fyodorov hərbi meydanda oyun qaydalarını tamamilə yenidən yazanlardan biridir.
İtaliyalı nazir əlavə edib ki, Fyodorov əvvəlcə Ukraynanı Rusiya işğalına müqavimət göstərməyə, daha sonra isə yeni texnologiyalar vasitəsilə döyüş meydanı təcrübələrini yenidən formalaşdırmaqla təşəbbüsü geri qaytarmağa kömək edib.