Cəmiyyət

Səs-küy, qoxu və natəmizlik: Binəqədidə metal məntəqəsi sakinləri cana yığıb - VİDEO

25 Jul 2026, 19:54 1 baxış
Səs-küy, qoxu və natəmizlik: Binəqədidə metal məntəqəsi sakinləri cana yığıb - VİDEO
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsinin sakinləri yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərən metal qəbulu müəssisəsindən şikayətçidirlər. Baku TV-yə şikayət edən sakinlərin sözlərinə görə, gecə və səhər saatlarında əraziyə yük maşınları gəlir. Metalların boşaldılması zamanı səs-küy yaranır ki, bu da vətəndaşların rahatlığını pozur. Onlar dəfələrlə müəssisə rəhbərliyinə yaxınlaşaraq iradlarını bildirsələr də, heç bir nəticə əldə olunmayıb.

"Çox əziyyət çəkirik. Gecə vaxtı yük maşınları gəlir, səs-küy yaranır, yata bilmirik", - vətəndaşlardan biri söyləyib. Digər bir sakin isə qeyd edib: "Bir ildir biz burada sakit yaşaya bilmirik. Səs-küy, natəmizlik, tullantıların yandırılmasından gələn qoxu bizi narahat edir". Adının açıqlanmasını istəməyən sözügedən metal qəbulu müəssisəsinin əməkdaşı iddialara cavab olaraq bildirib ki, gecəyarıdan sonra obyektdə iş aparılmır: "Bir dəfə cərimə də ödəmişəm. Gecəyarıdan sonra burada iş görülmür. İş səhər saat 09:00-da başlayır, mallar yüklənir və gündüz saat 13:00-da işlər yekunlaşır".
Mənbə oxu.az

Oxşar Xəbərlər