Digər

İran və Ermənistan birgə işçi qrupu yaradır

25 Jul 2026, 16:27 1 baxış
İran və Ermənistan birgə işçi qrupu yaradır

İran və Ermənistan enerji sahəsində qaz ticarəti məsələləri ilə məşğul olacaq birgə ixtisaslaşdırılmış işçi qrupu yaradacaq.


Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.


Razılaşma bu gün Tehranda İranın neft naziri Möhsün Paknejad və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşdən sonra açıqlanıb.


Paknejad bildirib ki, tərəflər ikitərəfli ticarətin genişləndirilməsi, texniki və mühəndislik xidmətlərinin ixracı, neft emalı zavodlarının tikintisi və Ermənistana neft məhsullarının tədarükü də daxil olmaqla, geniş spektrdə potensial enerji layihələrini müzakirə ediblər.


O, həmçinin vurğulayıb ki, Tehran və İrəvan növbəti ikitərəfli danışıqlar raundu zamanı konkret nəticələrin qiymətləndirilməsi üçün birgə ixtisaslaşdırılmış işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Mənbə axar.az

Oxşar Xəbərlər