Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...
Hökumət Prezident Məsud Peşekianın çıxışının bir hissəsini kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin rəsmisi Fatimə Mühacirani bildirib.
Onun sözlərinə görə, bu barədə xəbərdarlıqlar xalq arasında harmoniya və birlik yaratmaq, hər cür parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaq üçün edilib.
Fatimə Mühacirani İran Radio və Televiziya Şirkətinin yayıma ayrı-seçkilik və senzura ilə yanaşması barədə suala cavab olaraq deyib:
“Təbii ki, yerli media cəmiyyətin bütün səslərini, xüsusilə onun xidmətçilərinin, o cümlədən hökumətin səsini əks etdirməlidir”.
Xatırladaq ki, İranı dövlət televiziyasında Prezident Məsud Pezeşkianın və parlament sədri Məhəmməd Bağır Qalibafın çıxışlarının bir hissəsi ixtisar edilib. İran prezidentinin oğlu Yusif Pezeşkian dövlət televiziyasının bu hərəkətini tənqid edərək bildirib ki, ölkəni elə dövlət televiziyasındakı şəxs idarə etsin.