İqtisadiyyat
Ləğv prosesində olan bankların sayı AÇIQLANIB
Ləğv prosesində olan bankların sayı açıqlanıb. Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, sözügedən məlumat Əmanətlərin Sığortalanması Fondunun I yarımilə dair hesabatında əksini tapıb. Hesabatda bildirilib ki, hazırda ləğv prosesində 19 bank var. Qeyd olunub ki, 63 888 əmanətçiyə kompensasiya ödənilib. Həmçinin əlavə edilib ki, toplam kompensasiyanın məbləği 1 milyard 729 milyon 887 min 654 manatdır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər