İqtisadiyyat

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirildi

24 Jul 2026, 20:18 1 baxış
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.


Bu barədə Axar.az-a SOCAR-dan məlumat verilib.


Bildirilib ki, SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatları əsasında fəaliyyət nəticələri müzakirə olunub.


İclasda, həmçinin SOCAR-ın borc öhdəliklərinin 2026-cı ildə idarə olunmasına və gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər