İqtisadiyyat

Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Rəsmi qurumdan AÇIQLAMA - VİDEO

24 Jul 2026, 20:00 2 baxış
Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Rəsmi qurumdan AÇIQLAMA - VİDEO
2026-cı ildə Azərbaycana gələn turistlərin sayında azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən, ölkəyə səfər edən turistlərin sayı ötən dövrlə müqayisədə 11 faiz azalıb. Bakıdakı hotellərdə isə azalmanın 30 faizdən çox olduğu bildirilir. Azərbaycan Turizm Agentləri Assosiasiyasının İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov Baku TV-yə bildirib ki, mövcud vəziyyəti təhlükəli tendensiya kimi qiymətləndirmək düzgün deyil.

"Turistlərin sayındakı azalmada qorxulu bir məqam yoxdur. Bəziləri bu məsələni həddindən artıq şişirdirlər. Dünyada baş verən müharibələr, iqtisadi böhranlar və digər fors-major hallar turizmin inkişafına təbii şəkildə təsir göstərir", - deyə o qeyd edib. Müzəffər Ağakərimov Yaxın Şərqdə, Ukraynada və digər regionlarda davam edən münaqişələrin insanların səyahət imkanlarını məhdudlaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, oxşar vəziyyət pandemiya dövründə də müşahidə olunub. "2019-cu ildə Azərbaycana 3 milyondan çox turist gəlmişdi. İnanırıq ki, mövcud problemlər aradan qalxdıqdan sonra bu göstərici yenidən yüksələcək və gələcəkdə 4-5 milyon nəfərə çata bilər", - Assosiasiya rəsmisi bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər