Digər
Pakistanda terror aktı: ölənlər var
Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank şəhərində törədilmiş partlayış nəticəsində 15 təhlükəsizlik əməkdaşı həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Təhrik-i-Taliban Pakistan" qruplaşmasının yaraqlıları blokposta hücuma cəhd ediblər, lakin onların bu niyyəti baş tutmayıb.
Tərəflər arasında atışma zamanı 12 yaraqlı öldürülüb.
Mənbə
axar.az