Digər

Xakasiya türkü rus şovinizminə görə ağladı – Video

24 Jul 2026, 16:19 1 baxış
Xakasiya türkü rus şovinizminə görə ağladı – Video

Rusiyanın tərkibində yerləşən Xakasiya respublikasından olan türk əsilli qadın uşaqlıq illərində məktəbdə mənsubiyyətinə görə məruz qaldığı ayrı-seçkilik və təhqirlərdən danışıb.


Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə video yayıb.


Qadın bildirib ki, sinif yoldaşları onu xarici görünüşünə və etnik mənsubiyyətinə görə “qıyıqgöz”, “qara”, “çurka” kimi alçaldıcı ifadələrlə təhqir ediblər.


Bu səbəbdən o, doğma türk dilində danışmağa utanıb və zamanla ana dilini unudub:


“İndi mən əlbəttə ki, özümü müdafiə edə bilərəm. Amma onda çox balaca idim”.


O, həmin dövrdə yaşadığı psixoloji təzyiqin uzun illər həyatına təsir etdiyini vurğulayıb. Göz yaşlarını saxlaya bilməyən qadın bu cür davranışların bir uşaq üçün ağır mənəvi travma yaratdığını da qeyd edib.


Xakasiya sakini valideynlərə müraciət edərək övladlarını başqalarının dili, milliyyəti və xarici görünüşünə görə alçaltmamağa çağırıb.


Eyni zamanda, o, rusiyalı sinif yoldaşlarına da çağırış edib:


“Əgər məni görürsünüzsə, bilin ki düzgün hərəkət etməmisiniz və onu da unutmayın ki, həyat bumeranqdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər