İqtisadiyyat
Xəzər konsorsiumu neft nəqlini dayandırdı
Xəzər Boru Kəməri Konsorsiumunun neft kəməri neft nəqlini müvəqqəti dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mediası yayıb.
Qeyd edilib ki, Xəzər Boru Kəməri Konsorsiumunun obyektləri normal hazırlıq rejimindədir.
Xəzər Boru Kəməri Konsorsiumu terminalından neftin aşırılması ötən həftənin sonunda, tankerlər PUA hücumuna məruz qaldığı vaxt dayandırılmışdı.
Xatırladaq ki, Qazaxıstanın ixrac etdiyi neftin 80%-i Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə nəql olunur.
Mənbə
axar.az