“Ac insanlar hər şeyə qadirdir” – İrəvanda aksiya başladı
İrəvandakı “Arinc Moll” ticarət mərkəzinin qarşısında etiraz aksiyası keçirilir, köşk sahibləri obyektlərinin bağlanmasına etiraz edirlər.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Əsas küçədəki və dayanacaqdakı bütün mağazaları bağladılar. Heç kimə xəbərdarlıq edilmədi, heç bir bildiriş verilmədi. İnsanlar gündəlik çörəkləri uğrunda mübarizə apararaq etiraz aksiyasına çıxdılar. Ac insanlar isə hər şeyə qadirdirlər”, - aksiya iştirakçılarından biri deyib.
Qeyd edək ki, iyulun 20-də Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyana məxsus “Arinc Moll” ticarət mərkəzində 10-15 köşkün fəaliyyətinin dayandırıldığı məlum olub. Köşklərin fəaliyyətinin dayandırılmasına səbəb kimi onların yüksəkgərginlikli xətlərin yaxınlığında olması göstərilir.