Kremlin Sumı və Xarkovla bağlı yeni planı açıqlandı
Rusiya müharibənin dayandırılmasına dair hər hansı saziş çərçivəsində işğal olunmuş ərazilərin bir hissəsini Ukraynaya qaytarmaq fikrində deyil və Sumı ilə Xarkov vilayətlərinin tutulmuş rayonlarını bufer zona kimi saxlamaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Kremlə yaxın mənbələrə istinadla məlumat yayıb.
“Putin hələ də bütün Donbası ələ keçirmək niyyətindədir və hesab edir ki, danışıqlar yalnız bu məqsədə çatıldıqdan sonra bərpa edilə bilər. Müdafiə Nazirliyi prezidentə ilin sonuna qədər Donetsk vilayətinin qalan hissəsi üzərində tam nəzarəti ələ keçirəcəyinə söz verib. Putin isə Trampla 2025-ci ilin avqustunda Alyaskada keçirilən sammitdə əldə edilən qeyri-rəsmi razılaşmaların qüvvədən düşdüyünü hesab edərək əvvəlki ərazi dəyişdirilməsi planından imtina edib”, - mənbə bildirib.