Dünya

Tramp ABŞ aviaşirkətlərinin 41 ildən sonra Livana uçuşlarını bərpa etməyə göstəriş verib

22 Jul 2026, 05:16 3 baxış
Tramp ABŞ aviaşirkətlərinin 41 ildən sonra Livana uçuşlarını bərpa etməyə göstəriş verib
ABŞ Prezidenti Donald Tramp amerikalı aviaşirkətlərə Livana birbaşa reysləri bərpa etməyə icazə verilməsi barədə göstəriş verdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Livandakı vəziyyəti tamamilə dəyişdirən və əla iş görən prezident Cozef Aunla görüşdən sonra administrasiyama bütün ABŞ aviaşirkətlərinin Livana birbaşa uçuşlar həyata keçirməsinə icazə verməyi tapşırıram. Amerikalıların bu gözəl bölgələrə səfər etməsi asan olacaq", - deyə Ağ Evin rəhbəri bildirib. ABŞ KİV qeyd edir ki, bu cür uçuşlar 1985-ci ildən qadağan olunmuşdu. Həmin dövrdə Livanın "Hizbullah" qruplaşmasının üzvləri iki sərnişin təyyarəsində girov götürmə hadisəsində iştirak etmişdilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər