Dünya

Nüvə mühərrikli kosmik gəminin Marsa uçuşu üçün ilkin büdcə açıqlandı

22 Jul 2026, 06:00 4 baxış
Nüvə mühərrikli kosmik gəminin Marsa uçuşu üçün ilkin büdcə açıqlandı
NASA tərəfindən nüvə mühərriki ilə təchiz edilmiş kosmik gəminin ərsəyə gətirilməsi və onun Marsa uçuş missiyasının təşkili xərcləri 2 milyard dolları ötəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Xərclərin ilkin qiymətləndirilməsi təqribən 2.1 milyard dollar təşkil edir. NASA satınalma prosesləri gedişatında bu rəqəmi dəqiqləşdirməyə davam edəcək", - deyə məlumatda qeyd olunur. "Space Reactor-1 Freedom" adlandırılan layihənin icra müddəti 2026-2029-cu illər üçün nəzərdə tutulub. Maliyyə vəsaitlərinin bir hissəsi NASA-nın tədqiqat layihələri fondundan cəlb olunacaq. Bununla yanaşı, sözügedən xərc planına Marsa kosmik gəmi vasitəsilə çatdırılması planlaşdırılan "SkyFall" elmi missiyasının maliyyələşdirilməsi daxil edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər