Dünya
Heqset: "Çin və Rusiya İran-ABŞ müharibəsi zamanı Tehrana kömək ediblər"
"Çin və Rusiya İran-ABŞ müharibəsi zamanı Tehranın bəzi fəaliyyətlərinə şərait yaradıblar". Oxu.Az Fontanka.ru-ya istinadən xəbər verir ki, bu bəyanatla ABŞ-nin hərb naziri Pit Heqset Senatın Təxsisatlar Komitəsi qarşısında çıxışı zamanı çıxış edib. O, Moskva və Pekinin İrana "müxtəlif səviyyələrdə" köməklik göstərdiyini bildirib. Heqset əlavə edib ki, İrana qarşı müharibə ABŞ-yə təxminən 37.5 milyard dollara başa gəlib.
Mənbə
oxu.az