Dünya

Zelenski Ukrayna ordusunun komandanını vəzifədən azad etdi: Yeni təyinat var - FOTO

22 Jul 2026, 00:06 2 baxış
Zelenski Ukrayna ordusunun komandanını vəzifədən azad etdi: Yeni təyinat var - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) Birləşmiş Qüvvələrinin komandanı general-mayor Mixail Drapatını Aleksandr Sırskinin əvəzinə USQ-nin Baş komandanı təyin edib. Oxu.Az UNIAN agentliyinə istinadən xəbər verir ki, Zelenski bu barədə axşam müraciətində bildirib. "Qərara aldım ki, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı olacaq. Mixail, Yevgeni Xmara və Pavel Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının konfiqurasiyasının necə yenilənməli olduğunu müəyyənləşdirdik", - deyə Zelenski bildirib. Prezident Sırskiyə Kiyevin müdafiəsinə, Xarkov və Kursk əməliyyatlarına, eləcə də Ukraynanın müdafiəsinə verdiyi töhfəyə görə təşəkkür edib.
Zelenski Ukrayna ordusunun komandanını vəzifədən azad etdi: Yeni təyinat var - FOTO Zelenski Ukrayna ordusunun komandanını vəzifədən azad etdi: Yeni təyinat var - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər