Dünya

Məsud Pezeşkian Müctəba Xamenei ilə ünsiyyətindən danışıb

21 Jul 2026, 22:00 2 baxış
Məsud Pezeşkian Müctəba Xamenei ilə ünsiyyətindən danışıb
İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə ünsiyyət səviyyəsinin yüksəldiyini və bütün qərarların onun göstərişlərinə uyğun olaraq qəbul edildiyini bəyan edib. Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir. "İndi ünsiyyətin yaxşılaşması və sevimli rəhbərimizə əlçatanlığın genişlənməsi sayəsində bütün addımlar onun göstərişlərinə uyğun təşkil edilir", - deyə İran prezidenti ictimai tədbirdə çıxış edərkən bildirib. Daha əvvəl bildirilirdi ki, İranın yeni Ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrail ilə münaqişə başa çatanadək ictimai məkanlarda görünmək planı yoxdur. Bu addım təhlükəsizlik səbəbinə görə atılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər