Kriminal

Təkər tullantıları sahəsində yanğın başladı

21 Jul 2026, 18:39 3 baxış
Təkər tullantıları sahəsində yanğın başladı

Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb.


Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Əlavə məlumat veriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər