Dünya
ABŞ-İran gərginliyi PİK HƏDDƏ: İordaniya yeni hədəfə çevrildi - VİDEO
"ABŞ və İranın iyulun 7-dən başlayan qarşılıqlı hərbi hücumları yeni mərhələyə keçərək daha təhlükəli xarakter alıb və keyfiyyət baxımından eskalasiya həddinə çatıb. Diqqətçəkən məqamlardan biri də budur ki, bu dəfə İranın hücumları əsasən İordaniyaya yönəlib". Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Youtube" kanalında yayımlanan videomaterialda qeyd olunub.
Bildirilib ki, son beş gün ərzində bu ölkə dörd iri hücuma məruz qalıb. Onlardan biri - iyulun 17-də baş tutan hücum iki ABŞ əsgərinin həlak olması və bir əsgərin itkin düşməsi ilə nəticələnib. Zərbələr zamanı ümumilikdə onlarla ABŞ hərbçisi yaralanıb, bir neçə helikopter isə zədələnib. Süjetdə qeyd olunub ki, İordaniyanın hədəfə çevrilməsi Pentaqon qüvvələrinin bir hissəsinin Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən İordaniya və İsrailə köçürülməsindən sonra baş verib. Bu bölgələr nisbətən daha təhlükəsiz hesab edilir: "Qeyd olunan addım İranı cari ilin iyun ayında Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumundan sonra ilk dəfə olaraq hücumlarının coğrafiyasını İordaniyanı da əhatə edən şəkildə genişləndirməyə sövq edib".

Mənbə
oxu.az