İqtisadiyyat

Qlobal neft bazarında vəziyyət: Son qiymətlər açıqlandı

21 Jul 2026, 14:30 2 baxış
Qlobal neft bazarında vəziyyət: Son qiymətlər açıqlandı
Qlobal bazarda neftin cüzi ucuzlaşması müşahidə olunub. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.57 dollar (0.64%) azalaraq bir barel üçün 88.65 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 1.12 dollar (1.27%) artaraq bir barel üçün 89.22 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.21 dollar (0.25%) azalaraq bir barel üçün 82.27 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.7 dollar (0.9%) artaraq bir barel üçün 82.48 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər