Digər

Tramp: ABŞ ona dəstək olacaq!

21 Jul 2026, 13:04 3 baxış
Tramp: ABŞ ona dəstək olacaq!

Birləşmiş Krallığın yeni Baş naziri Endi Börnhemlə çox yaxşı söhbətim oldu.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.


“Bir çox mövzunu, o cümlədən Böyük Britaniya ilə olan əla münasibətlərimizi müzakirə etdik. Qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yaxın gələcəkdə görüşəcəyik.


Baş naziri qarşıda böyük işlər gözləyir, lakin o, bunun öhdəsindən gələcək və əlbəttə ki, ABŞ bu yolda ona dəstək olacaq!


Biz Şimal dənizində neft hasilatı, ticarət, hərbi müttəfiqlik, Hörmüz boğazının minalardan təmizlənməsi və bir sıra digər məsələləri də müzakirə etdik. Danışıq maraqlı keçdi və çox uğurlu oldu. Baş nazir Börnhemə uğurlar arzuladım!", - Tramp bildirib.


Qeyd edək ki, Böyük Britaniyanın keçmiş Baş naziri Keyr Starmer bu il iyunun 22-də istefa verib.

Mənbə axar.az

Oxşar Xəbərlər