İqtisadiyyat
Azərbaycanda ortaaylıq əməkhaqqı artıb
Azərbaycanda ortaaylıq nominal əməkhaqqı artıb. Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artaraq 1 175 manat təşkil edib. Bildirilib ki, ortaaylıq əməkhaqqı neft-qaz sektorunda 4 605.7 manat, qeyri-neft-qaz sektorunda isə 1 113.3 manat olub. Məlumata görə, dövlət müəssisələrində çalışanların ortaaylıq əməkhaqqı 1 160.9 manat, özəl sektorda çalışanların əməkhaqqı isə 1 188.7 manat təşkil edib.
Mənbə
oxu.az