Cəmiyyət
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Azərbaycanda bu ilin ilk beş ayında həm nikahların, həm də boşanmaların sayı azalıb. Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə 15 107 nikaha daxilolma, 8 087 boşanma halı qeydə alınıb. Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4.7-dən 3.6-ya, boşanmaların sayı isə 2-dən 1.9-a enib.
Mənbə
oxu.az