Cəmiyyət
Beş ayda ölənlərin sayı AÇIQLANDI
2026-cı ilin yanvar-may aylarında ölkədə 25 511 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 nəfər çoxdur. Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hər 1000 nəfərinə bu göstərici 5.9-dan 6-ya qədər artıb. Ötən ilin yanvar-may aylarında ölkədə 25 148 ölüm halı qeydə alınıb.
Mənbə
oxu.az