İqtisadiyyat

Altı ayda ÜDM istehsalı ARTIB - FOTO

21 Jul 2026, 10:56 4 baxış
Altı ayda ÜDM istehsalı ARTIB - FOTO
2026-cı ilin yanvar-iyun aylarında ölkədə 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz çoxdur. Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1.5 faiz artıb. ÜDM istehsalının 34.6 faizi sənaye, 10.6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4.9 faizi tikinti, 2.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 22.2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.6 faizini təşkil edib.
Altı ayda ÜDM istehsalı ARTIB - FOTO Altı ayda ÜDM istehsalı ARTIB - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər