Kriminal
Salyanda ağır qəza: İki nəfər öldü, dörd nəfər yaralandı
Salyan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, qəza rayonun Stansiya yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə, "Toyota Prado" markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az